Salam. İşdə olacağım səbəbindən ətraflı yazıram ki, əlavə sual yaranmasın. Şəxsi avtomobilimdir. Maşın keçən ilin sentyabr ayından Almaniyadan gəlib. Texpasportla ili 2006-cı ildir. Maşının çaşka feredosu, maxavik sistemi yeni dəyişilib. Son 1 ayda isə nasosunu, farsunkalarını yanacaq və hava filterlərini, lazımı datçikləri, natnijnoyun rolikini, pompasını və digər yadıma düşməyən detallarını yenisi ilə dəyişdirmişəm. Bu gün 16.01.2021-ci il tarixində dinamosunun paçevninlərini dəyişdirib və təzə aklumlyator alıb qoymuşam. Kondisioneri buz kimi vurur, peçi əla işləyir. Avtomobilin matoru, xadovoyu, elektron sistemi yaxşıdır. Kosmetik işə ehtiyyac yoxdur. Qətiyyən vuruq udar olmayıb. Probeqi orijinaldır. Çəkdirib etməmişəm. Avtopilotu var. Multi rul, böyük ekran, 4 padyomnik, disq-tekerdir. Çox gözəl rəngi var. Hər bir funksiyası da işləkdir. Bu günə heç bir problemi yoxdur və heç bir xərc tələb etmir. Xahiş edirəm alverçilər, və boş-bekar adamlar narahat etməsin.