Maşın Bakıdan rəsmi Kia Salondan alınıb. Əvvəldən özümüzdədi. Ekonom maşındır. Bütün xərcləri vaxtında dəyişilib. Yağını, təkərini təzə dəyişmişəm. Təkərlər koreyanındı və cəmi 20 min sürülüb. Kondisioner buz kimi vurur. Lyuk işləyir. Maşının hər bir şeyi işləkdir. Oturacaqlarında cırıq yoxdur. Arxada demək olar oturulmayib. Rəngi solmayıb. Qarajda daim qalıb.Dəyişən detalı udarı yoxdur. Yürüş 100 % originaldır.Taksi kimi çapılmış, rəngi solmuş,vuruq,kotalizatoru dəyişilmiş, km-i çəkilmiş,amerikadan gəlmə maşınlarla bir tutmayın. Otur sür maşındır. Başqa maşın alındığı üçün satıram. Real alana yerində endirim olacaq.