Maşının hal-hazırda heç bir problemi yoxdur. Vuruğu,pası,çürüyü yoxdur. Kondisioneri tam işlək vəziyyətdədir. Peçin radiatoru yeni yuyulub, əla işləyir. Matoru mart ayında 0-dan yığılıb. Yağ azalması və sızması qəti yoxdur. Karobkası yaxşıdır. Radiator soyutma sistemi keçən ay yuyulub, yığılıb. Matorxanada tok naqilləri hamısı dəyişdirilərək yenidən yığılıb. Ailə maşınıdır. Taksiyə qətiyyən sürülməyib. İşimlə əlaqədar çox az idarə olunur. Alandan bəri 6 ilə cəmi 26 min sürülüb. Öz adımadır. Salonu səliqəlidir. Bütün elektronikası (ön qapıların şüşəqaldıranları,qış rejimi, sport rejimi, arxa şüşənin qızdırıcısı,yan güzgülərin idarəedilməsi və s.) işləyir. Ön təkərlər yaxşıdır. Arxa təkərlər təzələnməlidir. Kosmetik rənglənməyə ehtiyac var. Maşına baxıb bəyəndikdən sonra, qiymətdə bir az endirim mümkündür. Barter də oluna bilər, baxır təklifə.