Maşında texniki tərəfdən problem yoxdur. Bütün hissələr vaxtı vaxtında dəyişib. Probeq originaldır. Salon səliqəlidir. Maşın 2 il 3ay məndədir, bundan öncə 2 il dostumda olub, 4 il ərzində maşında 5500-6000 bir yağ dəyişdirilib (Mobil 5-40). Hər yağ dəyişmə zamanı bütün filtirlər dəyişdirilirdi, mikrofilter 1 dəfədən bir dəyişdirilirdi, kondisioner filtiri isə 2 dəfədən bir. Korobkanın yağı dəyişəndən 40 mim sürülüb. Gabağ oporniy disklər yenisilə əvəz olunub. Nakladkalar Polşa istehsalıdır. Təkərlər - “Tigar”, 50000 min sürülüb, hər 10000 bir yerləri dəyişib. Maşın benzin 2 AZN olana kimi 95 ilə çalışıb. Yeganə maşında kosmetik xərc var. Maşın tam olaraq rənglənməlidir, buferlərdə çatlar mövcuddur. Əlavə olaraq benzo datçik(yanacağın çəndə miqdarını görsədən) işləmir.