Hyundai Sonata 2015.
Panorama luk, oturacaqların isidilməsi, qabaq oturacaqların həm də soyudulması, start stop, qabaq hər iki oturacağın elektron idarə edilməsi, dəri salon, sürücü oturacağının yaddaş ayarı, klimat kontrol, original yan və elektron açılıb bağlanan arxa pərdələr, monitor. Original monitor çıxarılıb, yerinə Çin istehsalı monitor quraşdırılıb. Öz monitorunun rəsmi servisdə 550 manat xərci var, düzəltdirib yenidən quraşdırmaq olar.
Avtomobil rəsmi servisdən 13.03.2015-ci ildə alınıb. Alınan gündən bugünədək rəsmi servisdə xidmət olunub və bunu təsdiq edən bütün qaimələr saxlanılıb, kitabçada da qeydlər olunub (mart 2015 - mart 2023 bütün qaimələr var). Eyni zamanda, servisdə daima xidmət olunmanı servisdə də yoxlamaq olar, bazada bütün məlumatlar var (nə vaxt hansı iş görülüb).
Yağ nasosu 110000 km olan zaman rəsmi servisdə dəyişdirilib və onunda hazırda qarantiyası üstündədir.
Avtomobilin vuruğu yoxdur, hazırda tam saz vəziyyətdədir, heç bir xərc tələb etmir.