Jaguar XF Sportbrake.
Almaniya sürət limiti olmayan avtomaları üçün qısa zamanda uzaq məsafələri komfortla ötmək məqsədi ilə yaradılmış lyuks brendinin avtomobili.
Mühərriki qəti problemsiz və çox dözümlüdur, bloku bütün daşdöyən mühərriklər kimi çuqun dəmirdəndir. Avropanın bir çox brendndlərin modellərdə istifadə olunub rahat 400 min yürüşü aşır. Hər hansısa incəliyi və yaxud zavoddan buraxılmış zəyif yeri yoxdur, işgüzar mühərrikdir (qisaca Mercedes 2.2 mühərrikin tayıdır).
Karobkası 8 ötürməli avtomat karobkadır, ZF 8HP70, dünyada hazırda işləməyin sürətinə dözümlüknən bir yerdə görə ən yaxşı avtomatik karobka sayılan avtomatdır. Sürücü nə istədiyini tez başa düşüb, vaxtında və çox qısa bir zamanda lazım olan ötürməni qoşur. Ötürmələr arasında ara vaxt sport avtomobillərdə qədər qısadır. Həmçinin, dünyada hazırda buraxılan arxa çəkən avtomobillərin 50% istifadə olunan karobkasıdır.
Avtomobilin asqı ssitemi istədiyi sürətdə və döngədə yolu mükəmməl şəklində tutmaq üçün mühəndislər tərəfindən hazırlanıb. Arxa-qabaq hər tərəfdən 2 qollu asqı sistemi, əlavə olaraq arxa ox aktiv pnevma ilə təchiz olunub. Pnevması avtomobilin arxa hissəsini stabilliyini təmin edir və nəticə olaraq ən sərt döngəyə girəndə avtomobil demək olar əyilmir və yoldan heç qaçmır. Əlavə olaraq avtomobilin arxa hissəsi yükləyəndə (bagajı) pnevması onun arxasına çökməyə qoymur və avtomobili düz saxlayır. Nəticədə olaraq avtomobildə sürət hiss olunmur.
Şəhərdə yanacaq sərfiyyatı 8-9 litr təşkil edir, yanacaq çəninin tutumu 70 litrdir. 50 manata təhminən 800 km yol qedir. 8 pilləli karobka hesabına mühərrikin dövrələri həmişə aşağı saxlayır. 150-180 sürətdə 2200-2300 dövrələrdə gedir və rasxodu ona görə da aşağıdır. 200 sürətdə 2500 saxlayır, və yanacaq sərfiyatı 9 litr təşkil edir. Avtomobilin mükəmməl asqı sistemini, lyuks avtomobilin şumkasını nəzərə alaraq bele sürətlərdə tam komfort ilə hərəkət etmək imkanı var. Səyahət maşını olduğuna görə belə şeylər və dözümlük ehytiyatı zavoddan nəzərə tutulub.
Aşağıda qeyd olunan opsiyalardan əlavə avtomobilin komplektasiyasına qapıların dördündə də Açarsız daxilolma, StarStop, Bagajin elektro açilması, sükanda kəpənəklər, güzgülərdə kör zonaların datçikləri, elektrooturacaqları və sükanın elektro idarəedicisi var.
Son 1 il ərzində avtomobildə görülmüş texniki baxış işləri:
) Sürət qutusunun yağının və filterin dəyişdirilməsi
) Arxa nakladkaların dəyişdirilməsi
) Qabaq razvalnıların dəyişdirilməsi
) Antifrizin dəyişdirilməsi
) Yanacaq filterinin təmizlənməsi
Hər yağ dəyişmədə hava və yanacaq filterləri mütləq şəklində dəyişdirilir. Premium brendi olduğuna baxmayaraq xərc tələb edən avtomobil deyil.
Avtomobilin arxa sol qanadı qarajın divarına sürtüyünə görə kraskalanib, qabaq - arxa buferləri və baqaj qapısında da həmçinin kraska var. Qövdəsi özü sağlam və avtomobilin bütün təhlükəsizliyi yerindədir.
Qeyd - avtomobilin ölkədən çıxardılmasına məhdudiyyət var, yəni təkcə ölkə daxilində istifadə oluna bilər. Avtomobilin istifadəsinə, sığortasına, alqı-satqısına heç bir təsir eləmir və məhdudiyyət yalnız xarici ölkələrə çıxartmasına aiddir. Qanun baxımınnan təmiz maşındır, və bu baxımınnan yoxlanılmışdır.