Maşın 2022-ci ildə Almaniyadan gətirilib. Bakıdakı ilk sahibiyəm. Turbo motordur. Ekonom, yığcam maşındır. Hazırda heç bir problemi yoxdur. Şəhər içi 6 litr, trasda 3,5 - 4 litr yanacaq sərfiyyatı var. Sürətlənməyi, getməyi əladır. Motorda yağ yemə, qızdırma və s. heç bir problem yoxdur. Ehtiyat hissələri tapılandır. Özüm də Türkiyədən gətizdirirəm, ehtiyac yaransa, kömək edə bilərəm. Çaşka, feredo, vjimnoy, maxavik yeni dəyişilib. Original hissə ilə əvəz etmişəm. Bundan sonra 200 mim km gedəcək. Maşın 7-yə qədər Binəqədidə, 7-dən sonra Xırdalanda olur.