Avtomobil Bakıda rəsmi dilerdən alınmış,biznes klass sinfinə aiddir.Öz ilinə görə tam təchizatlıdır. Adaptiv və biksenon ön faralar, oturacaqların və güzgülərin avto qatlanması və isidilməsi,cruise control,hər iki tərəfdən avtomatik açılıb bağlanan qapılar,zavod istehsalı olan pərdələr(pultla qapıları uzaqdan açıb -bağlamaq və yan şüşələri endirib qaldırmaq olur).Ön,arxa radar və arxa görüntü kamerası var. Salonda bütün oturacaqlar asanlıqla irəli və geri hərəkət edir.İkinci sıra oturacaqları 360 dərəcə fırlatmaq olur,uşaq oturacağı da var.Lazım olsa oturacaqları asanlıqla çıxarmaq mümkündür,Salonda youtube,tv izləmək üçün monitor və açılıb bağlanan masa mövcuddur. Yanacaq sərfiyyatı şəhər içi 14,avtomaqistralda 8.5 litrdir. Mühərrik,sürətlər qutusu əla vəziyyətdədir.Avtomobilin texniki göstəriciləri şəkildə göstərilmişdir.Avtomobl yalnız bağlı qarajda saxlanılır və 3-cü maşın kimi az hallarda istifadə olunur.