Satış qiymətinin 35-40 faizi həcmində ilkin ödənişiniz varsa, illik 17% dərəcəsi ilə 36 aylıq kredit mümkündür. İlkin ödənişə komissiya, kasko sığorta haqqı, dyp və sair xərclər daxildir.
Hərracdan carfax tarixçəsinə baxaraq özüm üçün alıb, birbaşa Azərbaycana gətirmişəm. Hərrac şəkillərində görünəndən başqa keçmişində qəza olmayıb. Hava yastıqları açılmayıb və hamısı yerindədir. Yürüşü orijinaldır. Təmir prosesinin şəkilləri var. Heç bir detal dəyişməyib. Ehtiyat açarı da üstündə gəlib. Azərbaycanda satışda olan 92 oktan benzinlə normal işləyir.
Mühərrik və sürətlər qutusu çox yaxşı vəziyyətdədir. Satış qiymətini az göstərmək üçün hec bir orijinal zavod detalı saxtası ilə əvəz olunmayıb. Avtomobilə lazımi səviyyədə texniki xidmət göstərilib. Heç bir xərc tələb etmir. Bu vəziyyətdə uzaq məsafələrə də rahat sürmək mümkündür.