İkinci maşın aldığım üçün satıram, qarajda saxlanılıb. Maşına vaxtı-vaxtında qulluq edilib və ən keyfiyyətli məhsullarla təmin edilib. Yağ(Alpine 5.4, akkumlyator(Kansler 75amper) 1 ay deyil dəyişilib. Maşının motoru, karobkası, salonu saz vəziyyətdədir. Kondisioner sistemi tam olaraq yenilənib, buz kimi vurur. Təkərləri 2 aydır dəyişilib. Qabaq sağ tamponu yüngül bardyora sürtülüb, dəmirçi 100-150 AZN-lik işi var dedi. Bu qiymətə şəhərin ən gözəl audilərindən biridir. İstənilən usta yoxlaya bilər, diaqnostika etdirə bilərsiniz. Alverçilər narahat etməsin, qiymət yüngül xərclər nəzərə alınaraq qoyulub. Sığortalıdır, texniki pasport öz adımadır, cəriməsi yoxdur. 2×2 ötürmə ilə təchiz edilib, 2L Turbo mühərrikdir. 100km-ə trasda 9L, şəhərdə 11L yandırır(A92 Benzin). Salonu olduqca rahat və genişdir, baqajı tər-təmizdir. Əlavə təkər, tibbi çanta, modifikasiya üçün lazımi avadanlıqlar mövcuddur. Maşın nömrə ilə birgə satılır.
Yalnız ciddi alıcılar əlaqə saxlasın.