Avtomobilin Azərbaycanda ikinci sahibiyəm. Məndən əvvəl qadın sürüb yalnız evdən işə, işdən evə. Ona görə də maşın baxımlı və səliqəli qalıb. Bu avtomobilin özəlliyi ondadır ki, istehsal olunandan bəri yalnız 95 benzinlə işləyib, yəni heç vaxt 92 benzin tökülməyib. Ona görə də motoru səssiz, çiçək kimi işləyir və hətta injektorun işığı yanmır. Adətən, kruzların qaynatması ilə bağlı problemlər dilə gətirilir. Bu da bəxtdən asıldır deyirlər. Şükür ki, bəxtimizə yaxşı kruz çıxıb və indiyədək qaynatma halını görməmişik. Monitoruna, arxa kamerasına qədər varıdır. İlinə, probeqinə, səliqəliliyinə və digər özəlliklərinə görə bəlkə də ölkədə yeganə fərqlənən kruzdur. O qədər rasxodsuz maşındır ki, satmaqla bağlı qərarımı çətinliklə verirəm. Sadəcə olaraq məndən asılı olmadan səbəblərə görə iş yerimi rayonlardan birinə dəyişirəm deyə, dağlıq relyef üçün əlverişli avtomobil almağı düşünürəm. Buna görə də kruzumla sağollaşmaq qərarına gəlmişəm. Allah alana xeyir versin!