Salam!
Əsas məlumat: avtomobil hüquqi şəxsin adındadır, qiymətə ƏDV daxildir, köçürmə yolu ilə satıla bilər.
Ümumiyyətlə bu formatda olan dizel sedanlar bazarda çoxdur: Mercedes, BMW, Kia, Hyundai və sair - çox sadalamaq olar, amma ancaq Jaguar ilə gələndə hamının diqqəti ona çəkilir. Qalanları çoxdur, hər addım başı var, bunlar isə nadir bir maraq doğuran maşınlardır. Və görəndə heç kəs heç filkirləşmir belə ki, bunun qiyməti nədir? Bu Jaguardır, vəssalam, kifayətdir!
Satılma səbəbi başqa model Jaguar almaqdır. Dizeldən qorxmayın, 2015-dən təzə olan bütün Land Rover modelləri bunun (!) mühərrikinin müxtəlif modifikasiyalarını istifadə edir, onlar da ki bizim şəhərdə, şükür ki, çoxdur, bütün ehtiyyat hissələri var, servisləri var, yolda qalası halınız olmayacaq. Ümumiyyətlə, nə də olsa, yolda qalmazsız, çünki Jaguar-Land Rover şirkətinin bu son model olan motorları çox davamlıdır...Əlbəttə ki vaxtı-vaxtında qulluq etsəz. Qulluqa gələndə isə, şəxsən mən Bakıda sürürəm deyə, hər 5000 km-dən bir yağını dəyişirəm. Ümumiyyətlə bu son 23000 km bu maşın bizim ölkəyə gələndən, buna hər lazımi servis qulluğu olub, EGR təmizlənməsi daxil. Çox böyük ehtimal ki, alan heç bir əziyyət çəkməz məhz bu maşınla. Turbini, yanacaq pompası və sair əsas qurğuları yaxşı vəziyyətdədir. Səsi, belə deyək, soyuq halda işləyən benzin motoru kimidir..bir az dizel olduğunu bildirməlidir də.. Amma dinamikasına söz ola bilməz, bunu nəzərə alın, xahiş edirəm!
Maşın barter olunur ancaq F-Pace və E-pace (LR Velar da ola bilər) modellərinə, əlbəttə tərəfimizdən aləvə ödəniş etməklə. Barter qiyməti satış qiymətinə bərabərdir. Avtomobilin iki disk təkər komplekti var, 20" və 18", hər ikisi 15000-dən artıq sürülməyib, 18" disklər ümumiyyətlə təzədir. İki komplektdən biri veriləcək, müştərinin istəyinə görə.
Hüquqi şəxslərə satışına üstünlük verilsə də, fiziki şəxslərin də xətrinə dəymərik.
Avtomobil haqqında tam məlumatı MyAuto Service-dən ala bilərsiniz.
Mən də istənilən suala cavab verməyə hazıram.