Avtomobil təxminən 3 ilə yaxındır ki bizdədir. Əsasən şəhər içində, gündəlik işə-evə sürülür.
Cənubi Koreya istehsalıdır. Dözümlü, geniş, təhlükəsiz, hündür, rahat və çox funksionaldır.
Motorun yağı, filtri və hava filtri 19.02.2024 tarixində dəyişib və yalnız Mobil 5W-30 istifadə olunub. AI-92 benzinlə işləyir.
Qəza keçirməyib. Yalnız ön bufer rənglənib (cızıq və sürtülmələrə görə). Hazırda heç bir kosmetik işi yoxdur.
İcbari sığortası Paşa sığortadadır, extra təminatı var (5000+5000) və dekabr ayınadək aktivdir.
İNTERYERi VƏ ÖZƏLLİKLƏRİ:
- 7 yerlikdir (üçüncü sırada yetişkin 2 nəfər rahat yerləşir)
- Multi sükan, səsli komanda
- Sükanın maili və çıxışa görə tənzimlənməsi
- Lyuk
- İşıq və yağış sensorları
- İki zonalı avtomatik klimat kontrol
- 3-cü sıranı görmək üçün əlavə güzgü
- Yan güzgülərin qatlanması
- Cruiz control (avtopilot)
- Arxa oturacaqların maili tənzimlənməsi
- 165+ mm hündürlük (clearance)
TƏHLÜKƏSİZLİK:
- Avtomatik paralel parking sistemi
- Arxa görüntü kamerası
- Ön və arxa park radarlar
- Yan güzgülərdə dönmə işıqları
- Ön və arxa duman əleyhinə faralar
- Kor nöqtə xəbərdarlıq sistemi
- ABS və ESC (sürüşmə əleyhinə sistem)
- 10 hava yastığı (ön, yan və pərdə tipli)
- Euro NCAP testindən 95% nəticə ilə 5 ulduza layiq görülmüşdür.