Almaniyadan Azərbaycana gətiriləndən ilk sahibi mənəm. Taksidə işləməyib. Almaniyadakı servis tarixçəsini Bakıda Optimal servisdən(mercedes servis) əldə edilib. Bakıdakı servis tarixçəsini qeyd etmişəm. Təkərləri yaxşı vəziyyətdədi(2 ədədi keçən il dəyişdirilib), 4 apornu və 4 nakladka keçən il yenisi ilə əvəz edilib. Mühərrikin yağı orijinal Liqui Moly Top Tec 5W-30(4600) yağından istifadə edilib. Yanacaq ancaq Luk Oil dan vurulub, əlavə olaraq Liqui Moly -nin dizel yanacağı üçün olan dərmanından(Disel -Zusatz) istifadə edilib. Salon parçadı, lyuku yoxdu (küləkli və tozlu Bakımızda lyukun olmasına gərək yoxdu). Kiçik kosmetik işlərə ehtiyac var (sağ ön krılosunda kraska atıb, arxa buferində cızıq var, sürücü oturacağının qoltuq hissəsində parçası azacıq süzülüb). Avtomobil Bakıdan kənarda sürülməyib. Yürüyüşünü geri çəkməmişəm.