Avtomobil çox mükəmməl vəziyyətdədir. Nöqsansız avtomobildir. BEZKRASKA.Tam lyuks komplektasiyadır (lyuk, pnevmo və.s) Lexus Azərbaycan mərkəzindən alınıb. İlk sahibiyəm. Yalnız Lexus rəsmi servisdə qulluq olunub. Vuruğu olmayıb və heç bir qəza olmayıb. Olduqca səliqəli saxlanılıb, həm salon həm də gövdə. Alınan gündən yalnız qaraj şəraitində saxlanılıb. Çox az sürülüb. Yürüş orijinaldır. Bütün xərcləri çəkilib (sığorta, texniki baxış, yağdəyişmə). Avtomobilin əyləc sistemi TRS xüsusi havalandırılan dayaq diskləri və əyləc qəlibləri sistemi sifarişlə Lexus mərkəzində quraşdırılmışdır. Əyləcləməsi digərlərindən çox yaxşıdır. Şinləri yenicə Yaponiya istehsalı ilə dəyişilib, tamamilə yenidir. Alınan gündən yalnız premium benzin vurulub. Atmosfer mühərrikdir.
Avtomobilin bütün təchizatı istehsalçı tərəfindən quraşdırılıb:
Dəri salon
Lyuk
Qatlanan güzgülər
Açarsız daxilolma
VSC / TRC sabitliyə nəzarət
TRS xüsusi əyləc sistemi (havalanfırılan əyləc dayaq diskləri)
BA əyləcləməyə kömək sistemi
Oturacaqların soyudulması və isidilməsi
Ön oturacaqların elektron tənzimlənməsi
Oturacaqların yaddaş paketi
Ön və arxa oturacaqların elektron tənzimlənməsi
Sükanın qızdırılması
Sükanın teleskopik elektron tənzimlənməsi
Soyuduculu qoltuqaltı bölməsi
Baqajın elektron açılıb bağlanması
Pnevmatik asqı (gövdənin qalxıb enməsi)
Asqıların rahatlıq rejimləri (Comfort, Sport, Qarışıq)
Arxa oturacaqların əyləncə sistemi (arxa monitorların idarə olunması)
360 dərəcə görüntü kamerası (bird eye view)
Yolsuzluq şəraitində yerində dönməyə kömək sistemi (arxa təkərlərin elektron bloklanması)
Oxlararası differensialın aytılması sistemi
Amortizatorların sərtliyinin tənzimlənməsi sistemi
Üçüncü sıra oturacaqların elektron açılıb, yığılması. Real alici ile danismaq olar