Maşının fara və stoplardan başqa heç bir detalı dəyişməyib (özünün orijinalları durur, alana pay edəcəm). Rəng dəyən yeri isə arxa qənədin alt hissəsində əl boyda yer xırda cızığa görədir. Maşının heç bir gizli dərdi filan yoxdur. Arxa çəkəndir (hərçənd ki, mən bunu 4 çəkəndən pis hesab edirəm. Amma deyirlər bu daha populyardır). Zavod M-paketdir. Vin kodu qoyuram. Onu da qeyd edim ki, maşın "salvage" deyil. Başı çıxanlar bilir söhbət nədən gedir.