Avtomobili Almaniyanın Mannheim şəhərində yerləşən Mercedes-Benz satış mərkəzindən almışam və yeni texniki servisdən keçirərək Azərbaycana tir ilə göndərmişəm. 29.10.2024 tarixində gömrük rəsmiləşdirilməsi aparılıb və tranzit nömrə alınıb. Avtomobil tam komplektasiyalıdır və xüsusi buraxılış modellərinə məxsus karbon salon, yaddaş funksiyalı oturacaqlar, Burmester səs sistemi, yumşaq bağlanan qapılar (soft close), panorama tavan və digər eksklüziv xüsusiyyətlərə sahibdir. Heç bir detalı, o cümlədən bamperləri sonradan boyanmayıb. Avtomobilin yalnız bir sahibi olub. Çox səliqəli və təmiz idarə edilib, yeni avtomobildən fərqlənmir.