Toyota Land Cruiser 100 kuza 4.2 dizel motor.Avropa versiyası-Almaniyadan gəlib. Avtomatik sürətlər qutusu. Power heater, Diff lock offroad rejimi-bir çox maşında bu funksiya olmur. Memory paket, güzgülərin qatlanması, sükanın, oturacaqların avtomatik tənzimlənməsi. Maşın 13-cü ildir ki məndədir. 2023-cü ildə maşın kapital təmir olunmuşdur. Lak örtüyünün solması və xırda cızıqlar səbəbindən maşın tam olaraq öz rəngində rənglənib. Heç bir ciddi vuruğu olmayıb. Mostların yağı dəyişib, sürətlər qutusunun yağı dəyişib, bütün remenlər (4 ədəd) dəyişib, farsunkaların raspılitelləri dəyişib, antifriz dəyişib, peredoku tam olaraq yığılıb. 4 ədəd yeni təkər alınıb. Motora ancaq 5-40 Motul yağı tökülüb, hər yağ dəyişmədə yağ-dizel-hava filteri dəyişdirilib, kardanlar hər 3000 km-dən bir yağlanıb. Frion qazı yayın əvvəlində tam olaraq qulluq olunub, kondisioner işləkdir. 2 ədəd yeni akumulyator quraşdırılıb. Vaxtı vaxtında bütün servis xidmətləri görülmüş və tam ideal vəziyyətdədir. 23 noyabrda texniki baxışdan da keçmişdir. Nömrəsiz satılır və barter təklifləri qətiyyən maraqlı deyil. Ciddi alıcıların maraqlanmasını xahiş edirəm. Ciddi alıcıya müəyyən endirim ola bilər.