RƏNGSİZ, BOYASIZ əsl alman keyfiyyətinə məxsus, əsl avropa istehsalı avtomobili diqqətinizə təqdim edirəm.
Avtomobil 2022-ci ildə tərəfimdən alınıb. Avropadakı sahibindən sonra ikinci mülkiyyətçisiyəm.
TAM ORİGİNAL YÜRÜŞ, hazırda satışda olan və yürüşü dəfələrlə azaldılmış avtomobillərdən deyil, rəsmi servis tərəfindən tarixçəsi tam araşdırılıb, 116 000 km getməsinə baxmayaraq daxili və xarici görünüşdən 40-50 000 km getmiş avtomobillərdən seçilmir, bacardığım gədər gözəl qulluq etməyə çalışmışam. Bağ evində şəhər kənarında qaldığımdan avtomobilin yürüşü çox görsənə bilər, lakin avtomobil ancaq trasda sürülüb. Mühərrikin çalışdığı motosaatlara baxsaq dediyim kimi 40-50 000 km getmiş avtomobillərlə bir olacaq. Avtomobilin daxilində olan bütün risk zonaları əlavə olaraq üzlənib ki, heç bir daxili plastik hissəsində cızıq belə olmasın. Oturacaqlarda heç bir cırıq, sökük, ümumiyyətlə istifadə edilməsini belə göstərən hal yoxdur, təzə kimidir.
DAİMİ RƏSMİ SERVİSDƏ qulluq olunub, təlimata uyğun olaraq bütün baxışları mütəmadi olaraq həyata keçirilib, bütün texniki mayələri, əyləc qəlbləri, istənilən növ təmiri Mersedes Servisde keçirilib və onların baza məlumatlarında müvafiq qeydiyyatlar aparılıb. Avtomobil texniki cəhətdən tam ideal vəziyyətdədir. Alan adam uzun müddət ümumiyyətlə avtomobilə 1 qəpik də olsa xərc qoymayacaq. Mühərrik və sürətlər qutusunun yağına kimi yenilikcə dəyişdirilib.
YANACAĞI DAİM NORM SEMENT ZAVODDA vurulub, avtomobil EVRO-6 standartına uyğun olduğundan və ölkə ərazisində yeganə sözügedən keyfiyyətə malik yanacaq Norm Zavodunda olduğundan avtomobil ancaq ordakı yanacaq doldurma məntəqəsində dizel ilə təmin edilib, əlavə olaraq mütəmadi şəkildə avtomobilə bahalı yanacaq qatqıları əlavə edilib.
Avtomobil PLUG-İN-HYBRİD-dir. Batareyaları ideal vəziyyətdədir. Avtomobilin elektrik mühərrikinin batareyası daim tərəfimdən şarj edilib. Mən bu avtomobili prius kimi sürməmişəm, düzgün qayda necə tələb edirsə elə formada istifadə etmişəm, elektrik batareyasını gündəlik olaraq şarj edib 2 mühərrikin birlikdə verdiyi perfomansdan yararlanmışam. Trasda hybrid rejimində istifadə edərək şəhərə daxil olan kimi elektrik mühərrikdən istifadə etmişəm. Avtomobilə əziyyət verməmişəm.
ORTALAMA SƏRFİYYATI DÜZGÜN İSTİFADƏSİ ZAMANI 2-3 LİTR TƏŞKİL EDİR. İnanmıram ki, ölkə ərazisində bu sinifdə, bu seqmentdə bu qədər yanacağa qənaət edən ikinci növ mühərrik olsun. 654 mühərrikidir. Dözümlüyü barədə internet platformasında hədsiz çox məlumatlar mövcuddur. Bu avtomobillərin yürüşünü almanlar 100.000 km-dən sonra ölçməyə başlayırlar, demək olar ki 100.000 qədər olan yürüş bunlar üçün «obkatka»dır. Sürətlər qutusu 9 pilləlidir.
YAY və QIŞ təkərləri, həmçinin hər fəsilə uyğun ayaqaltıları, 2 növ şarj kabelləri mövcuddur və onlar da alan adama tərəfimdən təqdim ediləcək.
Gündəlik istifadə üçün lazım olan bütün funksiyalara malikdir: adaptive cruise control, zolağa və yol nişanlarına nəzarət, kor zona, 360 park radar, yeni nəsil sükan və mültimedia sistemi və s.
Avtomobil barədə çox yaza bilərəm. Lakin gəlib görməyiniz yetərlidir.
Satmağa səbəbim yeni avtomobil almağımla bağlıdır. Real müştəriyə real endirim ediləcək. Yeni və ya az sürülmüş öz dəyərində avtomobillərlə barter təkliflərinizi nəzərə ala bilərəm.