Maşın ideal vəziyyətdədir, heç bir problemi yoxdur, salon təzə kimidir, oturacaqların vəziyyəti idealdır (cırıq, cızıq heçnə yoxdur). Display yürüşü kilometr ilə göstərir. Displaydə Rus, Eng dilləri var!
Kapotun ucuna kiçik boya vurulub, qalan bütün detallar Boyasızdır, original zavod ! VİN kodu ilə axtarıb yoxlaya bilərsiniz. Maşın kiçik ön bufer zədəsi ilə Bakıya gətirilib, heç bir airbag açılmayıb! Bakıda çox az sürülüb – 8000-9000 km.
Avtomobilin yağı və filterləri İmprotex Motors (BMW rəsmi servisdə) dəyişdirilib, avtomobilin kitabçası üstündədir, kitabçaya uyğun BMW Group yağı tökülüb.
Təzə və istifadə olunmamış 4 ədəd sport təkər alınıb – Kumho Ecsta PS71 və təzə 20-lik BMW M disklər.
Təzə və istifadə olunmamış akkumulyator alınıb – Varta (maşının üzərində gələndə də eyni marka idi).
Avtomobil şəxsi istifadədə olub, yalnız ev, iş və Bakı şəhərində istifadə edilib.
Batareyaların vəziyyəti çox yaxşıdır. Qışda full batareya ilə 30 km, yayda isə 40 km sürmək mümkündür. Çox ekonomdur: elektro motorun (batareyanın) şarjı olmasa belə avtomobil adi hybrid rejimdə çalışır. Bu halda 6-6,5 litr benzin sərf edir. Batareya tam doldurulmuş vəziyyətdə isə daimi sürüş zamanı 1-2 litr benzin sərfiyyatı mümkündür.
Şarj cihazı (adapter) original BMW nin üstündə gələndir.
Evdə 220 V ilə tam doldurula bilər.
BMW Sport Line Edition:
3 rejimli eBoost:
• Max eDrive – yalnız elektrik motoru ilə hərəkət rejimi.
• Auto eDrive – özünü tənzimləyən rejim.
• Max eCharge – batareyanı doldurma rejimi (benzin motor vasitəsi ilə).
Zolaq tanıma
Ölü zona oxuma
Ambient Lights
Cruise Control
Head up display
Auto Hold
Climate Control
Car Play
Android Auto
BMW Lazer fara və stoplar
Distronic
Distance warning system
Lane change assist
Keyless central locking.
Alarm system
Təkərlərin hava datçiki
Baqajın düymə və pult vasitəsi ilə açılıb bağlanması
Qəza qarşısının alınması üçün avtomatik tormozlama (Insan və ya avtomobil qarşınıza çıxarsa avtomatik tormozlama)
Bütün təhlükəsizlik funksiyaları
Lyuk
R20 disklər
Salon rəngi qara dəri
Oturacağlar memory paket
Sport Sükan Vibrasiya ilə (Zolağdan çıxan zaman və ya sağa sola dönərkən təhlükə olarsa sükan vibrasiya edir və ölü zona işıqları yanır)
BMW ConnectedDrive:
• My BMW Tətbiqi: Avtomobilin vəziyyətini yoxlamaq, qapıları uzaqdan kilidləmək/açmaq və avtomobilin yerini tapmaq.
• Smartfon inteqrasiyası: Apple CarPlay və Android Auto dəstəyi ilə naviqasiya, musiqi və mesajlardan istifadə.
• BMW Digital Key: Telefonu rəqəmsal açar kimi istifadə etmək və açarı başqaları ilə paylaşmaq.
• Uzaqdan xidmətlər: Məsələn, kondisionerə nəzarət və avtomobil siqnalını uzaqdan aktivləşdirmək.
• Proqram yeniləmələri: Avtomobil proqramını “hava vasitəsilə” yeniləmək.