Maşın 0-dan məndədi. 2019-cu il dekabr buraxılış. 2020-ci ildə "Xəzər Lada" rəsmi dilerdən zəmanətlə alınıb. Yalnız rəsmi servisdə qulluq olunub. Maşının bütün alt hissəsi tam torsovkalanıb, hər 2 ildən bir movil vurulub. Hər 10000km bir razval olunub. Mühərrik hər 5000km bahalı Alman yağı ilə əvəz olunub.100% oriqinal yürüş. Qaraj şəraitində saxlanılır. Maşında siqaret çəkilməyib. 100% bez kraska. Maşın tam olaraq keyfiyyətli obesşumka olunub. Kondisioner buz kimi vurur. Pioner maqnitofon, 4 ədəd kalonka-2 arxa, 2 qabağ. Videoqeydiyyatçı, arxa görüntü kamerası. 3-cü maşın kimi istifadə olunub. Çapılmış maşın ilə müqayisə etməyin. Tam ideal vəziyyətdə. . Sürülmədiyi üçün satılır. İş günləri Hava Limanında, həftə sonu Xətai metrosu tərəfdə baha bilərsiz. Xahiş olunur zənq çatmasa Whats Ap üzərindən əlaqə saxlayin.