Avtomobilin indiyə qədər yalnız iki sahibi olub. 2011-ci ildən etibarən bizim ailəyə məxsusdur, ondan əvvəl isə əmimə məxsus olub – özü Almaniyadan şəxsi istifadəsi üçün gətirib.
Texniki vəziyyət:
• Ön və arxa asqı sistemi tamamilə sıfırdan yığılıb
• Mühərrik və karobkanın yağı yeni dəyişdirilib
• Most təzə yığılıb
• Alt hissəsində çürük qətiyyən yoxdur
Probeq: 100% orijinaldır – kilometrajla bağlı hər hansı müdaxilə edilməyib.
Kosmetik vəziyyət:
• Ümumi rənglənməyə ehtiyac var
• Ön buferdə təmir lazımdır
Bonus: Nömrə üstündə pay verilir.
Avtomobil texniki baxımdan tam saz vəziyyətdədir – otur sür. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.