Maşın otur sür vəziyyətdədir və bezkaskadır. Mator və karobka yağı yeni dəyişilib, matorda yağ yemək söhbəti yoxdur. Yüngül kosmetik işləri var. İstənilən yerdə yoxlatdırılması mümkündür. Sərfiyyatı çox ekanomdur, maşından başı çıxanlar bilir. Şəhər və uzaq yol üçün çox idealdır. Kondisioner tam ideal işləkdir. Təcili satılır ayın 10-na qədər satılmalıdır. Maşını masazırda öz avtoservisimde saxlamışam, sürmürəm. İstənilən vaxt gəlib baxa bilərsiz. Qiymət realdı, kim birinci gəlsə maşın ona da veriləcək, inciklik və ya söz-söhbət olmasın. Allah xeyirisini versin alana da, satana da. Alverçi deyiləm, öz adımadır, cəriməsi yoxdur, texasmotr və sığorta olunub.