Avtomobili 4 ildir idarə edirəm heç bir zaman bir problem yaratmayıb. 92 benzinlə idarə etmişəm dözümlü, komfortlu və sürətli avtomobildir. Amerikadan yüngül ön bufer zədələnməsi ilə gəlib vin koduna baxa bilərsiniz. Karobkanın yağı və yağ filteri dəyişilib yağ Ravenol.
Mühərrikin yağın 5000 km bir yalnız full sintetik Ravenol yağı ilə dəyişmişəm. Avtomobil tam full versiyadır Titanium AWD bu avtomobili tanıyanlar bilir ki necə bir canavardı uzaqdan xodlanma zavod, acarsız daxil olma, özünü park etmə bir sözlə ən full versiyadır. Mühərrikində, karobkada elektronikasında heç bir problem yoxdur istənilən ustada yoxlada bilərsiniz. Bu gün tələb edən xərc sürücü qapısında batıq var, qabaq buferin kosmetik işi var, parkradarın biri işləmir.