Avtomobil modelin "Premium" komplektasiyadır. Rəsmi servisdə satılan Çin zborkası deyil Amerika istehsalıdır. Hərracdan baqaj qapısı zədəsi ilə alınıb və baqaj qapısı yenisi ilə əvəz olunub(təmir olunmayıb). Heç bir airbag atmayıb maşın ideal vəziyyətdədir. 365 at gücünə və 580 Nm dartqı qüvvəsinə malikdir. 0-dan 100-ə 5.6 saniyəyə sürətlənir. Batereya tutumu 91 kwh-dır. Tam dolu şarj ilə 450-480 km sürmək mümkündür.
Maşında olan əsas özəlliklər aşağıdakılardır:
- 360 görüntü kamerası
- "Bang Olufsen" premium səs sistemi
- Açarsız daxil olma (bütün qapılarda)
- Adaptiv LED fara və adaptiv duman işıqları
- Adaptiv kruiz kontrol
- Arxa və qabaq oturacaqların qızdırılması
- Sükanın qızdırılması
- Zolaqdan çıxma xəbərdarlığı
- Piyada və qəza əleyhinə avtomatik tormozlanma
- Baqağın ayaq jesti ilə açılıb və ayaq jesti ilə bağlanması
- Telefonun simsiz şarj olunması
- Panorama şüşə tavan və s.
Maşına baxmaq istəyənlər hər gün 21:00-a qədər baxa bilərlər. Real alıcıya endirim olunacaq. Xahiş olunur saat 21:00-dan sonra narahat etməyəsiniz. Whatsapp aktivdir