Rəsmi servisdən alının və bugünədək bütün texniki xidmətləri rəsmi Hyundai servislərində olub, görülmüş işlərin hamısının qeydiyyatı aparılıb. Yəni bütün tarixçəni rəsmi Hyundai servis mərkəzində yoxlatdırmaq mümkündür. Mən avtomobilin 2-ci sahibiyəm. İlinə görə ən full komplektasiyadır. Heç bir detalına rəng dəyməyib, bütün funksiyaları işlək vəziyyətdədir. Çox keyfiyyətli və dözümlü maşındır. Həm şəhərdaxili, həm uzaq yol, həm də yolsuzluq şəraitində istifadə üçün əla seçimdir.
Fikri ciddi olan real alıcılara rəsmiləşdirmə və yoxlatdırma xərci nəzərə alınaraq qiymətdə endirim olacaqdır.