Salam. Maşın çox səliqəli və baxımlı vəziyyətdədi. Kanada bazarı üçün istehsal olunub. Pribor original km ilədi. Xanım tərəfindən idarə olunur. Ancaq uşaqların məktəbə aparılıb gətirilməsinə xidmət edir. Daim servisdə qulluq olunub. Hal hazırda heç bir xərc tələb etmir. Salonu bej rəngdədi. Cızıqsız zədəsizdi, təmiz qalsın deyə çexolla istifadə olunub. Almaq istəyən harda istəsə yoxlatdıra bilər. Maşın Lökbatanda yerləşir. Real alıcıya real endirim olacaq. Allah alana da satana da xeyir versin.