Salam,
Ford Fusion 2020 SE Hybrid 2.0
Avtomobil şəxsi istifadə üçün Amerikadan yüngül zədə ilə (arxa sol krılo və həmin tərəfdən buferin bir hissəsi) 13.08.2024-cü il tarixində vasitəçi şirkət tərəfindən hərrac yolu ilə alınaraq, 06.12.2024-cü il tarixində Bakıda mənə təhvil verilmişdir.
Sözügedən zədə yeri (öz detalları) təmir olunaraq boyanıb (avtomobildə aparılan təmir işləri zamanı çəkilən foto şəkillər mövcuddur).
Qaraj şəraitində saxlanılır və hər gün təxminən 11-12 km yol sürülür.
Avtomobil 56 587 mil yəni 90 539 km original yürüşlə alınıb, hal-hazırda 97 065 km-dir.
Avtomobil baxımlı və çox səliqəli idarə olunub.
Avtomobildə iki qat cilalanma və kimyəvi təmizlənmə işləri görülüb.
Çox rahat və ekonom maşındır, şəhər içi sərfiyyat 5-6 litrdir.
Avtomobil alınan bir vaxtdan yalnız “Aİ-95” markalı benzinlə idarə olunub.
Motor yağı (“Liqui Moly” AA0W-20) dəyişdirilib.
Dörd ədəd yeni təkər (Nexen) alınıb.
Bütün funksiyaları işləkdir.
İstənilən yerdə yoxlatdırmaq olar.
Real alıcı ilə maşına baxıldıqdan sonra razılaşmaq olar.