Maşın saz vəziyyətdədir heç bir problemi yoxdur, vuruq udar dəyişən detalı yoxdur çox yeri bezkraskadı. Əvvəlindən bizdə olub ilk sahibiyik 100% orjinal probeqdi. Motor, karobka, xodovoy, kuza, elektronika sazdı, təkərlərin 4-də təzədi, motorda qramda olsun yağ azaltma yoxdur, karobka saat kimi işləyir, yağların hamısı (motor-karobka) təzə dəyişib. Salonu çox geniş və səliqəlidir, 2013-cü ilin mart ayında 0 probeqnən salonnan almışıq. Kondisioneri peçi super işləyir, bilənlər bilir necə dözümlü və sağlam maşınlardı bu model camrylər. Real alıcıya endirim olunacaq. Barter mümkündür.