Chevrolet Cruze 1.4 Turbo, 2015-ci ilin noyabr ayıdır. VIN kodda 2016 model ili kimi çıxır, istəyən şəxs vinlə tarixçəni yoxlaya bilər. Yürüş 240.000 km-dir və original probeqdir. Maşın 2025-ci ilin yay ayında Amerikadan 224.000 km ilə Azərbaycana gətirilib. Texniki baxışı 2027-ci ilin yay ayına qədər etibarlıdır. Sığorta 2026-cı ilin yay ayında yenilənəcək.
Restayl ön bufer (qiymətini bilənlər bilir – 1500 AZN), arxa RS bufer, RS padnoskalar, dəri salon, oturacaq qızdırıcıları və digər əlavələr var. 17-lik ideal vəziyyətdə disk, təkərlər isə təptəzədir, 5.000 km belə sürülməyib. Maşın naklatkalarına qədər yenidir.
Karobkanın yağı yeni dəyişilib, karobka sökülüb filterinə qədər yenilənib, içi tam yuyulub təmizlənib və keyfiyyətli, bahalı yağ istifadə olunub. Antifriz yeni dəyişilib (5 litr, keyfiyyətli). Maşın Azərbaycana gələndən əsasən 95 oktan benzinlə sürülüb. Katalizatorlar üzərindədir, “check engine” işığı yanmır. Hal-hazırda maşında heç bir xərc yoxdur. Şar atma, udar söhbəti gedə bilməz. Yağ-su qarışdıran, qızdıran, turbosu problemli maşın deyil. Fikri ciddi olan şəxs gəlib baxa və istədiyi ustaya yoxlatdıra bilər.