Salam. 8+1 Maşın Trend variantdı ən full komplektasiya (avtopilot, kondisoner, multirul və s.). Maşın ölkəyə gəldiyi vaxtdan (2023) özümüzdə olub. Mator yağı ancaq opetlə dəyişib 5w30. Texpasporta 8+1 yazılıb (1000 azn) yanacaq euro standartına uyğun gəlməsi üçün beyin euro 5-dən euro 4-ə dəyişib və egr ləğv edilib (600 azn). Köhnə beyni üstündə verəcəm qiyməti 500 azn. 4 təzə lassa təkər (1000+ azn) içinin yığılmağına və bezşumkasına 5000 azn təxminən pul xərclənib qapı matorla işləyir içərdən knopkayla. Orginal pioner kalonkalar quraşdırılıb. Maşına çox yaxşı baxılıb hər dəyişən hissəsi orginalla əvəz edilib və dəftərdə özümüz üçün qeyd edilib. Kondisoner əla işləyir. Hazır maşındı. 2.2 matorlarla səhv salmayın. Maşın ancaq ailə üçün istifadə edilib üstünə baqaj yığdırılıb uzun taxta zad qoyulub arada yəniki ağır yük olmayıb. Hazırda xaricdən gələn maşınlar sadə vaqon satışda 29-30 min manatdır. Bu maşına çəkilən xərcləri nəzərə aldıqda maşını ucuz qoyduğumu görərsiniz. Alan adama endirim olacaq və üzərində bahalı opet yağı və filterlər hədiyyə ediləcək. Əlavə 2 ədəd disklə birlikdə qış üçün arxaya təkər alınıb 1-cə dəfə işlənib təp təzə qiymətdə razılaşsaq onuda verəcəm. Maşın həyətimdədir kim istəsə buyurub baxa bilər harda istəsə yoxlatmaq olar.