Bugünkü gündə avtomobilin mühərriki, sürətlər qutusu, xodovoy hissəsi və elektronikası ideal vəziyyətdədir. Avtomobil 1 ildən çoxdur məndədir və Azərbaycana gəldikdən sonra ikinci sahibiyəm.
Avtomobildə bütün rasxodniklər original ehtiyat hissələri ilə dəyişdirilib. EGR və DPF də yuyulub və təmizlənib. Təzəlikcə 4 ədəd yeni disk və təkər almışam, təkcə onlara 2000 manat vermişəm.
Avtomobildə tutulma, boğulma, çəkməmə və ya buna bənzər heç bir problem yoxdur. Maşını özüm sürmək üçün almışam və ideal vəziyyətə gətirmişəm. Avtomobil ikinci maşın kimi istifadə olunub.
Sadəcə xeyir iş var deyə satılır. Real müştəri ilə qiymətdə razılaşmaq olar.