Avtomobil tam dolu, yüksək komplektasiyalı BMW F10-dur. Maşın Amerikadan gətirilib, lakin bir çox ABŞ avtomobilindən fərqli olaraq qəzalı olmayıb. VIN kodu təqdim ediləcək və tarixçəsini yoxlamaq mümkündür. Avtomobil gələndə yalnız xırda kosmetik cızıqları olub, onlar da peşəkar boya ustası tərəfindən səliqəli şəkildə aradan qaldırılıb. Vuruq, əzik və ciddi kuzov zədəsi olmayıb.
Azərbaycanda təxminən 1 ildir istifadə olunur və cəmi 6 000 km sürülüb. Bu müddət ərzində Azərbaycanda da heç bir qəzası olmayıb. Əsasən iş–ev rejimində, səliqəli və sakit istifadə edilib. Mühərrik yağı yeni dəyişdirilib, avtomobil hazırda əlavə xərc tələb etmir.
Bu F10-un seçilən üstünlüklərindən biri də 4 düymə funksiyasıdır. F10-larda az rast gəlinən bu komplektasiya avtomobilin həm funksionallığını, həm də premium səviyyəsini artırır.
Avadanlıq və üstünlüklər:
- Adaptiv ön faralar
- Harman/Kardon premium səs sistemi
- 360° kamera sistemi
- Eco Pro / Comfort / Sport / Sport+ sürüş rejimləri
- Baqajın ayaq jesti ilə açılması
- Ön oturacaqlarda massaj funksiyası
- Ön və arxa oturacaqların qızdırılması
- Head-Up Display
- Kor nöqtə xəbərdarlığı
- Park və manevr sensorları
- Zolaqda saxlama köməkçisi
- Toqquşma riskində avtomatik əyləcləmə
- Piyadaların qorunması sistemi
- Ambiyans işıqlandırma
- 20-lik paket disklər və təkərlər
- Sürətlər qutusu ideal vəziyyətdədir
- Sep başmağı yenilənib
- Mühərrik yağı yeni dəyişdirilib
Ümumilikdə avtomobil zövqlə yığılmış, çox səliqəli saxlanılmış və zəngin komplektasiyalıdır. Həm texniki, həm də kosmetik vəziyyəti çox yaxşıdır. Qəzalı deyil, əlavə xərc tələb etmir və nadir funksiyalara sahibdir.
xDrive barədə Azərbaycanda müəyyən fikir var ki, guya çox xərc çıxarır və tez-tez problem yaradır. Amma əslində xDrive bütün dünyada BMW-nin uzun illərdir istifadə etdiyi, yol tutuşunu və təhlükəsizliyi ciddi şəkildə artıran bir sistemdir. Xüsusilə yağışlı havada, sürüşkən yolda və yüksək sürətdə avtomobili daha stabil saxlayır. Mən özüm bu avtomobili 1 ildir xDrive ilə sürürəm və bu sistemlə bağlı heç bir problem yaşamamışam. Yanacaq sərfiyyatı da düşünüldüyü qədər yüksək deyil şəhər içində təxminən 11–12 litr/100 km civarındadır. Yəni saz və vaxtında qulluq olunan xDrive qorxulacaq sistem deyil, əksinə avtomobilin əsas üstünlüklərindən biridir.