RƏSMİ DİLER. Tam FULL komplektasiya. Sadə 2.0 mühərrikli modeldir. Qara mirvari rəngdədir. İlk sahibiyəm. Sənədləri qaydasındadır. Buraxılış ili 2014-cü ildir. Avtomobil 2015-ci ildə rəsmi KIA avtosalonundan alınıb. Zəmanət kitabçası mövcuddur və bu günə qədər bütün servis qeydləri aparılıb. Yalnız rəsmi KIA avtoservisində vaxtlı-vaxtında texniki qulluq olunub. Orijinal yürüşü 91.000 km-dir. Dəri salon, Start/Stop sistemi, açarsız daxilolma və mühərrikin işə salınması, 2 ədəd orijinal zavod açarı, LED faralar, ön sərnişin oturacağının elektriklə tənzimlənməsi, sürücü oturacağının yaddaş funksiyası, hündürlüyə görə tənzimlənən, dəri örtüklü və isidilən sükan, sürücü və ön sərnişin üçün hava yastıqları, arxa qapılarda uşaq kilidi, yan güzgülərin elektriklə tənzimlənməsi, qatlanması və isidilməsi, ön və arxa oturacaqların isidilməsi, ön və arxa parklama sensorları, panoramik şüşə tavan və lyuk, yağış sensoru mövcuddur.
Avtomobil ideal vəziyyətdədir. Vuruğu və dəyişən detalı yoxdur.
Qeyd: AVTOMOBİL NÖMRƏSİZ SATILIR.