Maşın servis maşınıdır, ilk gündən rəsmi servisdə qulluq olunub. Luxury Line paketidir, biznes klass, full komplektasiya. Qaraj şəraitində saxlanılıb, vəziyyəti tam səliqəlidir, heç bir problemi yoxdur.
Maşında olanlar:
• Qapılarda soft-close (pılesos) funksiyası
• Komfort oturacaqlar: qırılan, ayaq dəstəyi açılan
• Ön oturacaqlarda masaj, isitmə və soyutma (ventilyasiya)
• Arxa oturacaqlarda isitmə
• Elektron iqlim kontrolu, arxa sərnişinlər üçün ayrıca idarəetmə
• Arxa pərdə düymə ilə açılıb-bağlanır
• Arxa qapı pəncərələrində zavod pərdələri
• Avtopilot: adaptiv kruiz-kontrol və zolaqda saxlama
• Zolaq tanıma və zolaqdan çıxma xəbərdarlığı
• Head-Up Display (HUD)
• 360° kamera
• Sükanda sürücünün diqqətini izləyən göz sensoru
• Əl jesti ilə idarəetmə: mahnı dəyişmək, səsi artırıb-azaltmaq
• Orijinal M sükan
• Ambient salon işıqlandırması, dəri salon, taxta dekorativ panellər
• Luxury Line xrom dizayn elementləri
• Faralar və stoplar PPF plyonka ilə qorunub
• Plug-in hibrid: şəhərdə tam elektriklə sürmək olur, yanacaq sərfiyyatı çox azdır
• Maşın təzəlikcə palirovka və keramika olunub.
Zavod diskləri də təkərləri ilə birlikdə saxlanılıb, maşınla bərabər veriləcək.
Fikri ciddi olanlar əlaqə saxlaya bilər.