Hyundai Sonata, Limited komplektasiya
• Buraxılış tarixi: 2021-ci ilin Oktyabrı
• VIN üzrə model ili: 2022
Avtomobil ABŞ-dan özüm üçün sifariş edilərək gətirilib, şəxsi istifadə üçün sürülüb. Yürüşü originaldır. Ili daha yeni avtomobil sifariş etdiyim üçün satıram.
Zəngin komplektasiya və funksiyalar:
• Panorama dam
• HUD — məlumatların ön şüşəyə proyeksiyası
• Ön oturacaqların qızdırılması və ventilyasiyası
• Avtomatik uzaq işıqların yandırılıb-söndürülməsi
• Zolaq tanıma və zolaqda saxlama sistemi
• Sürücüyə kömək edən avtopilot funksiyaları
• Uzaqdan mühərriki işə salma (Remote Start)
• Açarla kənardan idarəetmə funksiyası
• Açarsız giriş və işəsalma (Keyless Go)
• 2 ədəd açar və əlavə NFC kart (NFC kart ilə qapını açmaq və maşını işə salmaq mümkündür)
• Yazılanlar maşında olan funksiyaların bir hissəsidir
Qeyd: Ön alın şüşəsində çat var, qiymətdə nəzərə alınacaq. Avtomobil nömrəsiz satılır.
Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq mümkündür. Ciddi şəxslər əlaqə saxlasın.