Maşın tam ideal vəziyyətdədir, bu günə heç bir xərc tələb etmir, otur sür maşındır. Öz maşınımdır, ilk gündən necə lazımdırsa elə də baxılıb, qətiyyən əsirgəməmişəm. Bütün kuzov başdan-ayağa keyfiyyətli PPF qoruyucu plyonka ilə üzlənib, kraskası, lakı tər-təmiz qalıb, cızıq-zad söhbəti yoxdur. Texniki tərəfdən də tam arxayın ola bilərsiniz, bütün rasxodniklər təzəlikcə yenilənib. Yağı heç vaxt gecikdirilməyib, hər 5000 km-dən bir ancaq orijinal BMW Group yağı tökülüb. Nakladkasından tutmuş dəyişilən bütün detallarına qədər hamısı ancaq orijinal BMW Group ilə əvəz olunub, ucuz və ya dublikat detal vurulmayıb. Ancaq 95 benzinlə sürülüb. Mator, karobka, pnevma, elektronika saat kimi işləyir, heç bir problemi yoxdur. Salonu səliqəli və genişdir, panorama dam, 3 cərgə oturacaq, pnevmatik asqı, oturacaqların qızdırıcısı və digər əsas funksiyaları hamısı işlək vəziyyətdədir. İstənilən servisdə, ustada yoxlatdıra bilərsiniz, nə xərci çıxsa mənlikdir. Real alıcı ilə maşının yanında qiymətdə razılaşarıq.