Salam. Avtomobil Amerikadan şəxsi sifarişimlə gətirilib. Yüngül zədə ilə alınıb, Azərbaycanda ilk sahibiyəm və demək olar ki, ölkəmizdə sürülməyib. Şəxsi istifadə üçün aldığım üçün maksimum az zədəsi olan avtomobilə üstünlük vermişəm. VIN kodu elanda qeyd olunub, keçid edərək Amerikadakı vəziyyətinə baxa bilərsiniz.
Mator və karopkası ideal vəziyyətdədir, heç bir problemi yoxdur. LT komplektasiyasının Ən Full versiyasıdır. AWD (4x4) 4 çəkən istənilən vaxt qoşmaq və söndürmək mümkündü, elektron baqaj, uzaqdan mühərriki işə salma, açarsız giriş, kor zonaya nəzarəti, plazma monitor, iki zonalı klimat-kontrol, park radarları, elektron oturacaqlar və oturacaq isidilməsi kimi bir çox funksiyası var.
Avtomobilin rəngi də ayrıca qeyd olunmağa dəyər, həqiqətən çox gözəl və göz oxşayan rəngi var. Şəxsən mən bu rəngi çox bəyənirəm və axtardığım rəng məhz belə idi.Dark Blue Metallic
Təkərləri saz vəziyyətdədir, avtomobil heç bir xərc tələb etmir. İstənilən servisdə ustada yoxlatdıra bilərsiniz.
Çox xahiş edirəm, şarları açılmış, suda qalmış, ciddi udar görmüş avtomobillərlə müqayisə etməyin. VIN kodu açıq şəkildə qeyd olunub, hər kəs baxa bilər.
Texpasport 2018 dir