Mercedes-Benz C300, 2016 | Zavod AMG | Full Komplektasiya
Avtomobil zavod istehsalı AMG paketdir, sonradan yığılma deyil. Tam original və full komplektasiyadır.
Əlavə xüsusiyyətləri:
- Full LED faralar, adaptiv dönən linzalar. (4 lupa)
- Panoramik lyuk.
- Zavod istehsalı original ambiyans işıqları (sonradan yığılma deyil, monitor menyusundan idarə olunur).
- Oturacaqların isidilməsi və ventilyasiyası.
- Zavod istehsalı tam qırmızı dəri salon – ön panel (torpedo), qapı üzlükləri və salonun digər elementləri də daxil olmaqla tam dəri işləmələr. Bu, zavod sifarişi zamanı əlavə ödənişlə təklif olunan, Bakıda nadir rast gəlinən xüsusi salon komplektasiyasıdır.
- Original zavod Burmester premium səs sistemi.
Avtomobil Amerikada şəxsi istifadəmdə olub, daha sonra Azərbaycana gətizdirmişəm. 2023-cü ildən Bakıdadır.
Avtomobilə hər zaman vaxtında qulluq olunub. Dəyişdirilmiş bütün ehtiyat hissələri original zavod ehtiyat hissələri ilə əvəz edilib. Airbag-lər açılmayıb. Avtomobil daim səliqəli şəkildə istifadə olunub.
Zavod ehtiyat açarı mövcuddur.
Satış səbəbi hazırda Bakıda yaşamamağımdır.
Qeyd: Avtomobilin üzərindəki dövlət qeydiyyat nişanı satış qiymətinə daxil deyil. Nömrənin ayrıca satışı ilə bağlı telefon danışığı zamanı razılığa gəlmək mümkündür.