Avtomobil 2025-ci il Sentyabr buraxılışdır, alındığı gündən şəxsi istifadədə olub, taksidə sürülməyib, iş ev maşınıdı.
Cəmi 11200 km yürüşü var (bunun 6300 km-i motorla sürülüb, qalanı elektrik rejimində).
Alınan kimi zavod yağı bahalı Total Energies 0W-16 yağı ilə əvəz edilib. Motorla 5000 km sürüləndən sonra yağ ikinci dəfə yenidən eyni yağla dəyişdirilib, kitabçası mövcuddur.
Alınan gündən yalnız 95 benzin tökülüb.
Ağ rəngli dəri oturacaqları çirkdən və aşınmadan qorumaq üçün üzərinə bahalı çexollar çəkilib, orijinal dəri korlanmasın deyə sükana üzlük (oplyotka) tikilib. Altında zavod salonu təmiz və yeni vəziyyətdə qalıb.
Ön və arxa görüntünü qeydə alan 4K videoregistrator quraşdırılıb.
Vuruğu, rəng dəyən detalı yoxdur (bezkraska). Motor, batareya və xodovoy hissəsi ideal vəziyyətdədir, heç bir xərc tələb etmir.
2027-ci ilin Avqust ayı da daxil olmaqla qüvvədə olan Pasha Premium Kasko sığortası mövcuddur.
Avtomobil üzərindəki nömrə ilə birlikdə satılır.
Maşına baxdıqdan sonra qiymətdə cüzi razılaşma mümkündür. Xahiş olunur, yalnız ciddi alıcılar narahat etsin. Whatsapp aktivtir.
KREDIT YOXDUR, NƏĞD SATIŞDIR.