Salam. Hörmətli alıcı, "dostum"u satıram :( hər an yanımda olan, məni tək qoymayan Dubay modeli Passat B6 2.0 turbo mühərrik və 6 pilləli DSG sürət qutusuna malik yağ kimi maşın satıram. Hələki yiyəsinin üzünə qayıtmayan, Qusar dağlarına aslan kimi dırmaşan, Astara yolunda yaquar kimi şığıyan, hələ heç vaxt yolda sönməyəm və sürdükcə özündən zövq alınan maşın satılır.
Yanacaq sərfiyyatı - Uzun yolda 6-7, Şəhər daxili isə 10 litr
Mühərrikin işləməsində, sürətlər qutusunun keçirməsində, mostunda və ön aparıcı hissədə (peredok) heç bir problem yoxdur. Diqqət! Maşın həmişə 95 oktanlı benzinlə işləyib. İkinci əl sahibiyəm. 2018-ci ilin Avqustunda 74 min yürüşlə aldığım vaxtdan bu yana 30 min də əlavə sürmüşəm. Hazırda kələnin heç nəyə ehtiyacı yoxdur! Əlini qoy qulağının arxasına sür :)
Əlavə sual varsa əlaqə saxlaya bilərsiniz