Rənglənməyib! yalniz bamperlər kosmetik işlənib. Yürüş göstəricisi geri çəkilməyib! və əksəriyyət kimi gülünc rəqəm deyil. Kosmetik və texniki vəziyyəti əladır. İkinci avto kimi istifadə edilib. Sıfırdan Bakıda istismar olunub. 5 min km intervallarla 5/40 sintetik yağ istifadə olunub. İki dəfə korobka yağı dəyişdirilib (sonuncu 5 min öncə). Benzin filtri yeni dəyişib. Kondensioner filtri yeni dəyişib. Təkərlər 10 min istismar olunub orijinal bridgstone yaponiya istehsalı. Benzin sərfiyyatı sürmə tərzindən asılıdır. Trasda 10-12, şəhərdə 16-22 litr. İstismar olunduğu müddət ərzində heç vaxt texniki problemi olmayıb, yalnız planlı cari texniki baxışlar olub. Çox etibarlı avtomobildir, “əfsanəvi offrouder” titulunu tam doöruldur. Texniki resursunun heç yarısını tükətməyib. 7 nəfərlikdir, arxa oturacaqlar heç vaxt istifadə edilməyib. İki benzin çəni var, 90 və 45 litr. Kruiz kontrol, multi rul, memori, güzgülərin avtomatik adaptasiyası və qatlanması, kuzovun qalxıb enməsi, komfort-sport rejimləri, razdatka, 2nd rejimi, ABS, arxa şüşənin qızdırılması, diferensialın söndürülməsi, uzaqdan işəsalınma, mark levinson akustika sistemi, yağış-işıq sensoru, lyuk, ikizonalı klimat kontrol, soyuducu, farayuma, CD çeyncer, DVD monitor, arxa nəfəsliklərin avtomatik açılıb bağlanması, çöl antennasının idarəolunması, arxa kamera, ön-arxa parktroniklər və xatırlamadığım çox opsiyalar. Bütün opsiyalar tam işləkdir. Avtomobilə əlavə heçbir aksessuar qoşulmayıb.5 ədəd açarı var.
Bir sözlə əla maşındır. Bu modelin həvəskarları üçün uyğun ekzemplyardır.
TELEFONLA QİYMƏT MÜZAKİRƏ OLUNMUR. Niyyəti ciddi olan şəxslər zəng vursun.