Almaniyanın Köln şəhərindən özümüz alıb gətirmişik.Maşın burada cəmi 10 aydır ki, sürülür.Qəti vuruğu,udarı yoxdur.Qəzaya düşməyib.HEÇ YERİNƏ BOYA DƏYMƏYİB! DƏYİŞƏN DETALI YOXDUR! Gedişin çoxu Almaniyada sürülüb.Probeq tam originaldır!TAKSİ kimi fəaliyyət göstərməyib!!!(taksidə çapılmış,leş maşınlarla qarışdırmayın!) 2-ci maşın kimi sürülüb.Həyət evində qaraj şəraitində saxlanılıb.YALNIZ Reno servisdə qulluq olunub!Yağı vaxtı-vaxtında dəyişilib.Çox ekonom,ailəyanlı maşındır.Şəhərdaxili 5-6 l/km,trasda 3-4 l/km işlədir.Faralarda yaxın,uzaq,potfarnik bahalı LED işıqlarla(tam qanuni) təhciz olunub.Həmçinin arxa nömrə işıqları,zadnı işıqları,salon işıqları güclü LED-lərlə əvəz olunub.Daxildən tavan əlavə STP ilə üzlənib,tavan gözoxşayan boz-bej rənglə üzlənib.İçə qəti səs vermir,motor çox sakit işləyir.Kondisioner tam işləkdir,qazı yeni dəyişilib.Ön potpres yuxarısı, arxa potpres,baqaj yan şüşələr tam qanuni plyonka ilə tündləşdirilib. Səs sistemi tam gücləndirilib.Almaniyada original BLAUPUNKT kolonkaları ön və arxa qapılarda əvəz olunub,AUX çəkilib.Zavod quraşdırma jalüzü (pərdə) var. 1 geri 6 irəli ümumi 7 skoruslu transmissiyadır motora görə çəkimi çox güclüdür.Baqajı çox genişdir arxa oturacaqlar yığıldıqda istənilən yük daşımağa əl verir.Sükan dəri üzlüklə üzlənib.Bir sözlə maşın çox saz vəziyyətdədir,cüzi xarici kosmetika işlərindən(1-2 hissəsində cüzi cızıqlar var(təmir xərci qiymətdən artıqlaması ilə çıxılıb)) başqa heç bir xərc tələb etmir.Original kitabçası qalır.Zavod disk kalpakları üstündə verilir.Bu rəngdən satışda azdır.Menu dili servisdə Türk dilinə çevrilib.Farsunkalar,motor,xodovoy çox əla vəziyyətdədir. 585 nömrə üstündə verilir. Harada istəsəniz yoxlatdırmaq olar.Sürüldüyü müddətdə heç incitməyib,yolda qoymayıb. Bir sözlə belə qiymətə belə maşın çətin tapılar. Qiymətdə real alıcı ilə razılaşma olacaq.