ZL-ı satılır. El arasında Zlatan kimi tanınan, yaxın uşaqlar tərəfindən ZL-ı adlandırılan maşın özünün üçüncü sahibini tapmaq istəyir və yeni sahibinə transfer olmaqa çox yaxındır!
Maşın tam full kampliktasiyadır. Yürüş (probeg) originaldır. Maşına servisdə baxılıb. Hər 6000-dən bir yağ dəyişmişəm. Castrol və Mobil1 yağları tökmüşəm. Cəmi bir dəfə yağ dəyişmədən sonra 8000 yürüş edib yağ dəyişməyə getmişəm. Oda servis özü əslində məsləhət gördüyü rəqəm 8000-dir. Ama mən hər ehtimala qarşı tez dəyişirirdim yağını hər dəfə.
ZL-nın servis kitabçası yoxdur,birinci sahibi itirmişdi. Mən ikinci sahibiyəm. Birinci sahibi də VW Baku-dan almışdı maşını. Ancaq Volksvagen servisdə nə baxım olunubsa, hansı probegdə hansı tarixdə ora getmişəmsə hamısı geyd edilib. Yəni rahatlıqla servisdən baxımın zamanında olub olmamasını, probegin orginallıqını yoxlaya bilərsiniz.
Maşının kankret olaraq udarı, vuruğu yoxdur. Bunu standart alverçi yazısı kimi oxumuyun. Kankret olaraq nə vurulmayıb, nə də udar görməyib. Şəkillərə diqqətlə baxsanız görərsiz, bir böyründə sürtmədən düşən iz var. O izi də özüm düzəltdirməmişəm. Parkingə girəndə yanımdakı Hyundai Sonatanı sürmüşəm. Onnan başqa ön nömrənin də qutusu bir tərəfdən xırdaca qırılıb, onu da qabağımdakı maşını "muç elədiyinə" görə qırıb mr.ZL..Başqa bu maşın nə udar nə vuruq görməyib.
Maşın əla vəziyyətdədir. Mənim başımı xarab edən tərəflərindən biri premium uşaq olmasıdı. 95 içmək istiyir elə. 100Km-ə şəhərdə hardasa 11-12 litr sərfiyyatı var. Əksər hallarda 10-11 olur. Mən çox götürüb 11-12 geyd edirəm. Çox sual vermiəsiz deyə). Mən rayona gedəndə bunnan, 8-10 litr arası dəyişirdi rəqəmlər hər səfər.
Maşının təkərlər təzədir. Yeni dəyişmişəm, dəyişəndən sonra da maximum 10000 KM sürmüşəm. Ondan artıq olmayıb. Sveçaları dəyişmişəm. 2-3 ay bundan qabaq farsunka yuduzdurmuşam. Maşının kollektorunda problem olmuşdu, dəyişdirmişəm. Hardasa 3 ay qabaq. karantinin kriminal vaxtlarında əclaf başıma oyun açmışdı.
Belə avtomobil baxımında nə eləmək lazımdısa, hamısını eləmişəm mən bu maşına.İndi də day sedan istəyirəm deyə satıram.
Bu elanı oturub normal oxuyun, əgər bura yazmadıqım hər hansı qaranlıq məsələ varsa zəng edin. Yoxsa mənaslz yerə zəng edib narahat etməyin.
Qiymət məsələsinə gəlincə isə, ay maşının yanında qiymət salacaqsız, telefonda biraz düşəcəm kimi düşüncələr qapınmıyın. Kankret olaraq 22500 azn! Maşının heç bir problemi yoxdur .Əgər gəlsəz maşında bir problem olmuş olsada düşməyəcəm yəni. Kankretliyimi göstərmək üçün bu misalı çəkdim. Kimi bu qiymət qane edirsə, almaq istəyirsə gəlib maşına baxa bilər. ZL hal hazırda qarajımızdadır. Qaraj isə Əhmədlidə yerləşir. 34 nömrəli polis bölməsinə yaxın.
Ümid elirəm başqa sualınız qalmaz =)