Maşın 0-dan özümdədir. Kia salondan alınıb (7 il qarantiya ilə). Hələdə servisdə xidmət göstərilir (servis tarixçəsi var). Slovakia istehsalıdır. Çox keyfiyyətli maşındır. Güclü peredok sistemi var, eləcədə ekonom maşındır. Maşınan heç bir problemi yoxdur. Öz klasının full salonudur. 2 zonalı klimat kontrol, avtomatik qaralan güzgülər, oturacaqlari isidilməsi, soyuducu bardaçok, təkərlərdə hava sisteminə nəzarət sistemi (TPMS) - hər təkərin havasına ayrica nəzarət edir, işıq sensoru, yağış sensoru, qalxıb enən faralar, qalxıb enən rul, immobilayzer, tətkərlərdə oğurlanmaya qarşı təhlükəsizlik kilidi (security lock), şüşə qaldıranların hamısı avtomatikdir barmaq əzilmir , elektronik sükan, qatlanan arxa oturacaqlar, 10 ədəd hava yastığı var. Təxminən 3 ay bundan qabaq qranatlar yağlanıb, kondisionerin firyonu vurulub, benzin nasos yuyulub, benzin filter dəyişdirilib, injector yuyulub və tormoz mayesi yenilənib. Bütün işlər servisdə görülüb.