Salam,
Təcili satılır. Nemka, Avanqard. Maşını 2020 yanvarda Almaniyadan alıb gətirmişəm. İdeal bir maşındır. Sınaqdan üzü ağ çıxıb. Probeqə toxunulmayıb (173 min). 1.8 motor, 204 at gücü, yerindən götürülməyi əla. Mühərrik super vəziyyətdə Shell Helix Ultra 5.40. Korobka klassik 5 skorus avtomat çox etibarlı. İyulda Liqui Moly TOP TEC ATF 1800-lə yenilənib (bütün sənədlər yerində). Yalnız 95 Premium istifadə olunub. Gündəlik iş-ev rejimində sürülən rəis maşınıdır.
Peredok “daş döyən” Razaval pozulmur. Yay təkərlərim var (Michelin) qiymətdə razılaşsaq üstündə verərəm. Maşına qulluq üçün bütün vasitələr- krem, spray, şampun və s. Mövcuddur (üstündə verəcəm).
İnşallah alan adam yaxın 5 il ərzində yalnız yağ və benzin haqda düşünəcək (sürmə rejimindən asılı olaraq).
Təmiz və səliqəli maşındır ön tərəfində ənənəvi tək-tük cızıq var polirovkada tam itir.