(yürüş millə qeyd olunub, təqribən 200.000 km edir)
Maşın əla, saz vəziyyətdədir. Texniki olaraq qətiyyən hər hansı problemi yoxdur. Kosmetika da əla vəziyyətdə. Amerikada da hec bir ciddi zədəsi olmayıb, VİN kodla yoxlatdırıb almışam (alverçidən yox, tanış həkimdən). Maşın necə deyərlər çiçək kimidir, usta üzü görməyən modeldir (davamiyyətə görə dünya statistikasında N1). Prius 1.8 ilə eyni mühərrikdir. Vaxtında bütün xidmətləri görülüb, bahalı Proficar EcoDrive yağı tökülür, yeni dəyişib.
CT200h tam bir şəhər maşınıdır. Ailə maşını da deyə bilərəm çünki 4 uşaqlı ailəmin bütün gündəlik nəqliyyat tələblərini ödəyir. Şəhərdə də, trasda da sərfiyyat 5 litr. Qabaq hissəsi 2014 modelinə uygun yığılıb gördüyünüz kimi 2011-in cox sadə qabağı bunda yoxdur. Monitoru güzgü yerindədir, çox funksiyalıdır.
Ehtiyacdan dolayı satıram, yoxsa satılası maşın deyil. Endirim cox cüzi olacaq. Barter üçün əsasən Honda Insight (hybrid), Honda Civic, Subaru XV və ya Legacy, BMW 3 modellərinə üstünlük verilir.