Təcili satılır.
Bu Volvodur
İsveç istehsalı, Avropa alışı.
Az, cəmi 74 min km original yürüş. Dəmir örtüklü dam (parça damlarla bir tutmayın), hansı ki örtülü olanda qara rəngli normal kupe-sedana çevrilir, üstü açılanda isə tam bir fantastika. Ona görə il boyu rahat istifadə olunur.
Əslində hamı üstü açıq maşını seçər. Amma bir çoxunun belə maşınları təhlükəlilik, bəlkə parça dam, bəlkə 2 nəfərlik olması, yaramaz, oyuncaq ölçülü kimi kiçik olması bu seçimə mane olur. Bu modeldə isə bu problemlərin heç biri yoxdur. Volvo təhlükəsizliyi dünyaya məlumdur. Yan, ön, hətta arxa hava yastıqları, hər kabrioda olmayan ideal ROPS sistemi, dəmir dam, arxa sıra oturacaqlar olması, normal ölçülü maşın olması və s.
- 5 pilləli sadə avtomat karopka (robot deyil).
- Etibarlı D5 Volvo dizel mühərrik. Dizel qatqı ilə istifadə olunur. Dizel mühərriklərin güc və yürüş potensialı da çox olur.
- Fantastik sürətlənmə və manevr qabiliyyəti. Ön çəkəndi, arxa deyil. Ona görə döngələrdə arxa sürüşmədən isə söhbət belə gedə bilməz.
- Cruise control – Multi sükan
- Traction Control
- Oğurluğa qarşı mühafizə sistemi (Volvo təhlükəsizliyini hər anında hiss edəcəksiz)
- Polirovka və keramika örtüklü
- Qızdırılan keyfiyyətli açıq rəng dəri oturacaqlar.
- Çox güclü klimat control – tez isinən oturacaqlar.
- Keyfiyyətli taxta işləməli solon, qapı və ən əsası möhtəşəm lyuks Volvo sükanı.
- Elektrik qatlanıb-açılan elektron yan güzgülər
- Ölü zonaya nəzarət edən güzgü
- Zavod qoşa səsboğucu (sağ-sol)
- Yaxşı səs sistemi
İçində bütün zavod aksesuarları qalır (örtük, disklərə qulluq, üçbucaq, aptekca, müxtəlif açarlar və s).
İkinci maşın kimi istifadə olunub, keyfiyyətli yağ tökülüb, qulluq olunub, qaraj şəraitində saxlanılıb. Kosmetik xərcləri də yoxdur. Əlavə tuningə də gözəl ideyalar var. Yuxarı açılan qapılar, qanad işıqlar, və s. Hər birində köməklik oluna bilər.
Qapını açıb bağlayanda, əlinizi elə kuzova vurandaca keyfiyyət hiss olunacaq. Hətta alman maşınları ilə də fərqini, daha yaxşı olduğunu hiss edəcəksiz.
Maşının ekonomluğu da öz yerində.
Öz şəxsi maşınımdır. Addan ada keçirilir. Sığorta, texniki baxış qaydasındadır.
Yağı yeni deyişilib. Yoxlanış zamanı istənilən xərc də nəzərə alınar.
Qiymətdə razılaşmaq olar.
Bu Volvodur