Avtomobildə hər bir işlər vaxtı vaxtında peşəkar ustalar tərəfindən qulluq olunub. Mühərrik yağı olaraq daimi Liqui Moly Top Tec 41 00 yağından istifadə olunub. Sürətlər qutusunun yağını Liqui Moly yağı ilə dəyişdirmişəm. Məlumatı olan bilir ki, bu yağlar həm baha, həm də çox keyfiyyətli Almaniya istehsalı olan yağlardır. Hər yağ dəyişmə zamanı, müxtəlif qatqılarla mühərrikdə bir çox profilaktik işlər görülür. Aİ - 95 premium markalı benzindən istifadə olunur. Təkərlər yenidir. Mühərrik və sürətlər qutusunun yağını yeni dəyişdirmişəm və ən əsası sürətlər qutusu SADƏDİR. Olduqca komfortlu, geniş, ekonom və dinamik avtomobildir. Benzin sərfiyyatı şəhəriçi 8 litr, trasda 6 litrdir. Bir sözlə çox ideal avtomobildir. 2019-cu ildən avtomobil məndədir və Bakıda ilk sahibiyəm. Pul lazım olduğu üçün satılır.İstənilən yerdə VİCDANLI ustalara yoxlatdıra bilərsiniz. ALLAH hər iki tərəfə xeyir versin İn şə ALLAH. ALAN UDUZMAZ...