Salam.TƏCİLİ SATILIR! Nissan sentra 2013 1.8 sadə mator və sadə karopka. Öz ilinin polnu full kompleksiyasıdı. yüngül vuruğu olub. Udarı olmayıb, şarlar hamısı yerindədi və açılmayıb. AMERİKADAN GƏLMƏ DEYİL... Bizimkilərdəndi)) . Multi rul, dəri salon (cızıq cırıq yoxdu) , yan güzgülərin qatlanmasi, yan güzgülərdə dönmə işıqları, sport rejimi , kondisioner və istilik sistemi, lyuk , pribor və monitor işığının tənzimlənməsi, Aux - Usb - Cd və s. Dəri salona üzlük parça çəkilib. 150 AZN alınıb. Alan şəxs zövqünə uyğun parçaylada sürə bilər ,istəsə söküb dəri ilədə sürə bilər. Bütün problemləri nəzərə alınıb dəyərindən ucuz qoyulub elana. MATORDA PROBLEM YOXDU! KAROPKADA PROBLEM YOXDU! Problem yalnız maşının ön hissəsində dəmirçi malyar işidi. Bu yaxınlarda qadın sürücü gəldi vurdu buferdən. Şəklin qoymuşam bura. Yüngül əl gəzdirib sürürəm özüm. İstəyən düzəltdirib sürər. Ablisofka alinmalidi -120 azn. Bufer kraskalanmalidi -100 azn. Plasmas ustası - 50 azn( uzağı ) . Şpilka - 35 azn . Əlavədə işdi şayədə nəsə xərci olar 50 azn gəlirəm ona. Bu maşının salamat vəziyyətdə olani bazar dəyər 18000 azndi. 400 manatliq xərc NƏZƏRƏ ALINIB. fantastik endirib istəməyib. Yanacaq sərfiyyatı trasa 6l ,şəhər içi 8l. Boğsan 9l içir. Çox gözəl maşındı. Əsil ailə maşınıdı. İçi genişdi. Longdu. Kia optima uzunluqdadi. 92 benzinlə işləyir. Satmaqda məqsəd təcili pul lazımdı